"Valensiya" futbolçusuna 150 milyon qiymət qoydu

11:01 - 18 Dekabr 2019

İspaniyanın “Valensiya” klubu yarımmüdafiəçisi Karlos Solerin müqaviləsini uzadıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu ilə 2023-cü ilin iyununa qədər yeni sözləşmə bağlanılıb. İspaniyalı oyunçunun sərbəst qalma dəyəri 150 milyon avro təyin edilib.

 

Soler “yarasalar”ın yetirməsidir.

Xəbər xətti