Yan Oblak: "Qarabağ"a xüsusi hörmətim var"

12:16 - 19 Dekabr 2019

"Atletiko"nun qapıçısı Yan Oblak "Marca"ya müsahibə verib.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı qolkiper karyerası ərzində ən yadda qalan oyunlar barədə danışıb. Sloveniya millisinin üzvü 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"la oyunları yada salıb:

 

"Qarabağ”la matçları xüsusi qeyd etmək istəyirəm. Çünki hər iki oyunda onlara qalib gələ bilmədiyimizə görə qrupda qaldıq. Bu komandaya hörmətimi vurğulamaqla yanaşı, deməliyəm ki, belə yaxşı çıxışı onlardan heç kim gözləmirdi. Etiraf edim, çox yaxşı müdafiə olunurdular".

 

"Qarabağ" hər iki oyunda "Atletiko" ilə heç-heçə etmişdi (0:0, 1:1). Qrupda 3-cü olan "Atletiko" mübarizəni Avropa Liqasında davam etdirərək, turnirin qalibi adını qazanmışdı.

Xəbər xətti