Yenidən La Liqanın prezidenti oldu

10:07 - 24 Dekabr 2019

Xavyer Tebas İspaniya La Liqasının prezidenti seçilib.

 

Sportal.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. 57 yaşlı funksioner yeganə namizəd olduğu üçün quruma rəhbər təyin edilib. O, 2024-cü ilə qədər vəzifəsində qalacaq.

 

Tebas dekabrın əvvəli yenidən prezident seçilmək üçün istefa vermişdi. O, 2013-cü ildən La Liqanın prezidentidir.

Xəbər xətti