İspaniya La Liqasında autsayderlər sırasında olan "Espanyol" heyətini gücləndirmək üçün hərəkətə keçib.
Sportal.az xəbər verir ki, kataloniyalıların çinli prezidenti Çen Yansenq şəxsi əlaqələrindən istifadə edərək, "Şanxay SIPG" klubundan Halkı mövsümün sonuna qədər icarəyə götürmək üçün təklif yollayıb. Braziliya millisinin keçmiş üzvü təklifi qəbul etsə, keçid baş tutacaq.
33 yaşlı hücumçu 2016-cı ildə 56 milyon avro qarşılığında "Zenit"dən Çin klubuna keçmişdi. Halk Çin təmsilçisində 124 oyuna 68 qol vurub, 53 assist edib.
saytlarin hazirlanmasi