"Sevilya"nın yarımmüdafiəçisi Ever Baneqa karyerasını Səudiyyə Ərəbistanın "Əl-Əhli" klubunda davam etdirə bilər.
Sportal.az "TYC Sports"a istinadən xəbər verir ki, argentinalı futbolçu ərəblərlə müqavilənin şərtlərində razılıq əldə edib. "Əl-Əhli" müqaviləsinin başa çatmasına 6 ay qalmış futbolçunu transfer etmək üçün ənədlüsiyalılara 7 milyon avro təklif edib. "Sevilya"nın bu təklifi qəbul edəcəyi gözlənilir.
31 yaşlı futbolçu bu mövsüm 17 oyuna 2 qol vurub, 6 assist edib.
saytlarin hazirlanmasi