“Qəbələ” 2019-2020-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir.
Sportal.az xəbər verir ki, yanvarın 4-də bir araya gələn “qırmızı-qaralar” məşqlərini Bakıda gerçəkləşdirir. Gündə bir dəfə məşq edən komanda hazırlıqlarını Bakı Olimpiya Stadionunda keçirir.
“Qəbələ” bu gün yoxlama oyununda qüvvəsini sınayacaq. Elmar Baxşıyevin yetirmələri 2020-ci ildəki ilk matçında MOİK-lə görüşəcək.
I Divizion təmsilçisi ilə qarşılaşma Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutacaq. Görüş saat 15:00-da başlayacaq.
saytlarin hazirlanmasi