"Barselona"nın prezidenti Xosep Mariya Bartomeu komandanın baş məşqçisi Ernesto Valverdenin istefaya göndəriləcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.
Sportal.az xəbər verir ki, klub rəhbəri yayılan məlumatları təkzib edib:
"Vacib oyunda uduzduq və buna görə də məyus olmuşuq. İstənilən kimi oynamadıq, azarkeşlərin tənqidi normaldır. Valverdenin göndəriləcəyi müzakirə mövzusu deyil. Çünki irəlidə çoxlu oyunlar var".
"Barselona" İspaniya Super kubokunun yarımfinalında "Atletiko"ya 2:3 hesabı ilə uduzub.
saytlarin hazirlanmasi