"Vulverhempton" hücumçusu Patrik Kutroneni icarəyə verib.
Sportal.az xəbər verir ki, 22 yaşlı futbolçu "Fiorentina"ya məcburi satın alma şərti ilə icarəyə verilib. İtaliyalı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Florensiyalılar onu 15 milyon avroya transfer edəcək.
Kutrone "Milan"ın yetirməsidir. Hücumçu "qırmızı-qaralar"da 90 oyuna 29 qol vurub, 12 assist edib. O, ötən yay 18 milyon avro qarşılığında "Vulverhempton"a keçib.
saytlarin hazirlanmasi