"Keşlə"nin sabiq futbolçusu Qazaxıstan klubunda

16:41 - 12 Yanvar 2020

"Keşlə"nin sabiq futbolçusu Pablo Podio karyerasını Qazaxıstanda davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, argentinalı futbolçu Premyer Liqa təmsilçisi "İrtış"a transfer olub. Klub saytı müqavilənin şərtlərini açıqlamayıb.

 

Podio 2017-ci ilin dekabrından 2018-ci ilin mayına qədər "Keşlə"də çıxış edib. 30 yaşlı futbolçu paytaxt təmsilçisində 2 oyun keçirib.

Xəbər xətti