"Milan" "Qarabağ"dan ayrılan futbolçunun keçidini açıqladı - FOTOLAR

00:00 - 14 Yanvar 2020

"Bornmut" qapıçısı Asmir Beqoviçi yenidən icarəyə verib.

 

Sportal.az xəbər verir ki, bosniyalı qapıçı İtaliyanın "Milan" klubuna keçib. Klub saytı tcrübəli qolkiperlə iyunun 30-na kimi müqavilə imzalandığını açıqlayıb.

 

32 yaşlı qolkiper mövsümün ilk yarısını Azərbaycan çempionu "Qarabağ"da keçirib. Təcrübəli qapıçı Ağdam klubunda 17 oyun keçirib və 16 qol buraxıb.

 

Image

Image

ImageImage

Xəbər xətti