Messidən yeni müqaviləyə xüsusi şərt

17:56 - 3 Fevral 2020

"Barselona" ilə müqaviləsinin başa çatmasına 18 ay qalan Lionel Messi yeni sözləşməyə hazırdır.

 

Sportal.az xəbər verir ki, argentinalı ulduz yeni sözləşməsində hər mövsümün sonunda müqaviləsini tək tərəfli ləğv etmək ixtiyarında olmaq istəyir. Messi bu şərtin yeni müqaviləsində olmasını irəli sürəcək.

 

"Barselona"nın prezidenti Xosep Bartomeu daha öncə 32 yaşlı hücumçunun azı 5 il komandada oynayacağına şübhə etmədiyini demişdi.

Xəbər xətti