Avstriyanın Zaltsburq şəhərində Karate1 premyer liqa turnirinə start verilib.
Sportal.az xəbər verir ki, Rafiz Həsənov (67 kq) finala yüksəlib.
Rafael Ağayev (75 kq) türkiyəli rəqibinə uduzaraq mübarizəni erkən dayandırıb. Ağayevin uduzduğu türkiyəli idmançı yarımfinalda məğlub olduğu üçün karateçimiz təsəlliverici görüşlərə qatılmayacaq.
Buna baxmayaraq, Ağayev Tokio-2020-yə lisenziya qazanmağı bacarıb.
saytlarin hazirlanmasi