21-ci turun oyunları baş tutmayacaq

15:40 - 3 Mart 2020

Basketbol üzrə Azərbaycan çempionatının oyunları təxirə salınıb.

 

Sportal.az federasiyanın saytına istinadən xəbər verir ki, bu addım Nazirlər Kabinetinin yanında operativ qərargahın müvafiq məlumatı (Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində atılıb.

 
Federasiyasının qərarına əsasən, kişilər arasında Super Liqanın bu gün və martın 5-də keçirilməli olan 21-ci turunun matçları təxirə salınıb. Qarşılaşmaların təşkili vaxtı hələ dəqiqləşməyib.

Xəbər xətti