Ramil Şeydayev: "1-ci yer uğrunda mübarizə aparacağıq"

11:03 - 4 Mart 2020

"Pis qrup deyil. Rəqiblərimiz oynayan komandalardı. Ancaq əlbəttə, gücümüzə görədirlər".

 

Sportal.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev bildirib. 

 

C liqasında çıxış edəcək millimiz Monteneqro, Kipr və Lüksemburq yığmalarıyla birgə 1-ci qrupa düşüb. Püşkün nəticəsindən razı qalan Şeydayev hər üç yığmanı "dişimiz"ə görə hesab edir: "Tamamilə normal qrupa düşmüşük. Sadəcə, oyunlara düzgün yanaşmaq lazımdı. Qrupdakı matçlarda qalib gəlməyə çalışacağıq. Bu, bizim üçün yaxşı şansdı".

 

Ramil hər bir yığmanı ayrılıqda xarakterizə etməyərək fikrini belə əsaslandırıb: "Çünki onların heç birinə qarşı oynamamışam. Onu deyə bilərəm ki, 1-ci yer uğrunda mübarizə aparacağıq".

 

Millimzin təqvimi az sonra bilinəcək. Maraqlıdı, qrup mübarizəsini evdə başlayıb, səfərdə bitirmək yaxşıdı, yoxsa əksinə? "Sabah"ın hücumçusunu dinləyək: "Açıq deyim ki, bu haqda ən son olaraq düşünmək lazımdı. Bu, elə vacib detal deyil".

 

Yığma Millətlər Liqasında mübarizəyə bu ilin sentyabrın əvvəlində başlayaraq noyabrın sonunda yekun vuracaq (sport24.az). 

Xəbər xətti