Nikola Yurçeviçin göndərilməsindən sonra milliyə yeni baş məşqçi təyinatı hələ də reallaşmayıb.
Sportal.az xəbər verir ki, bu günə qədər əsas namizəd Canni De Byazi ilә maddi anlaşma әldә olunmayıb. İtaliyalının 1,5-2 milyon avro aralığında "qiymәt oxuması" AFFA-nın başqa versiyaları da aktivlәşdurmәsinә sәbәb olub.
Artıq danışıqlar digәr fazalarda davam edir. Mümkündü ki, millinin baş mәşqçisinin rәsmi tәyinatı bir qәdәr dә geciksin.
Assosiasiya heç bir mütəxəssisə bәhs edilәn mәblәğ qәdәr ödәmәk fikrindә deyil. Lakin bu, De Byazi ilә danışıqlara nöqtә qoyulması anlamına da gəlmir (futbolpress.az).
saytlarin hazirlanmasi