Teymur Rəcəbov iddiaçılar turnirində iştirak etməyəcək.
Sportal.az xəbər verir ki, FIDE-nın saytı 32 yaşlı qrossmeysterin şəxsi səbəblərə görə turnirdən imtina etdiyini bəyan edib. Ancaq Teymur sosial şəbəkə hesabında FIDE-nin açıqlamasının həqiqətə uyğun olmadığını yazıb:
“Əzi həmvətənlər, şahmatsevərlər, bütün şahmat camiəsi, həmkarlar və dostlar! Bu, doğru deyil, turnirdən imtina etməyim üçün şəxsi səbəblərim yoxdur. Mən tezliklə bəyanatla, FIDE-yə göndərilən məktublar və onların cavabları ilə tanış olacam”.
Rəcəbov ötən il dünya kubokunun qalibi olmaqla iddiaçılar turnirində mübarizə aparmaq hüququ qazanıb. Yarışın qalibi şahmat tacı uğrunda norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.
saytlarin hazirlanmasi