Formula 1-də tarixi qərar

13:47 - 8 Mart 2020

Koronavirus səbəbindən Formula 1-in Bəhreyn qran-prisi ilə bağlı tarixi qərar verilib.

 

Sportal.az xəbər verir ki, Bəhreyndəki təlim və tibbi araşdırma mərkəzində keçirilən mətbuat konfransında vətəndaşların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təcili tədbirlər görülüb. Qərara əsasən, yarış azarkeşsiz keçiriləcək.

 

Bəhreyn qran-prisi 20-22 martda keçiriləcək.

 

Daha öncə Çin qran-prisi koronavirus səbəbindən təxirə salınmışdı.

Xəbər xətti