“İctimai TV”də yayımlanan “Bol İdman” verilişinin qonağı olan Azərbaycan milli komandasının və “Zirə”nin qapıçısı Emil Balayev Rəşad Sadıqovdan danışıb.
Sportal.az xəbər verir ki, qolkiper Sadıqovun yığma komandaya baş məşqçi təyin olunmasını istədiyinin deyib. 25 yaşlı futbolçu bildirib ki, Rəşad Sadıqov millini yaxşı tanıyır və onun təyinatı komandaya xeyir verə bilər:
“Rəşad Sadıqov millidə bir çox komandalara qarşı çıxış edib. Bütün yığmaların oynadığı futbola bələddir. Onlara qarşı necə oynamaq lazım olduğunu yaxşı bilir. Xarici mütəxəssis Azərbaycan çempionatını, futbolçuları analiz etmək üçün vaxt istəyəcək. Rəşad Sadıqov baş məşqçi kimi uğurlu olar”.
saytlarin hazirlanmasi