NBA-da qarşılaşmaların azarkeşsiz keçiriləcəyi ilə bağlı verilən qərar basketbol fanatlarını üzdü.
Sportal.az xəbər verir ki, "Los-Anceles Leykers"in ulduz oyunçusu Lebron Ceyms sosial şəbəkə hesabında qərara münasibət bildirib:
"İdman yarışlarını, məktəbləri və iş yerlərinə getməyi dayandıracaq vəziyyətə gəldik. Əslində, 2020-ci ili ləğv etməyimiz lazımdır. Həqiqətən də çox çətin 3 ay yaşamışıq. Tanrı sizi qorusun və özünüzü qoruyun".
"Yuta Caz"ın fransız oyunçusu Rudi Qober və konqolu basketbolçusu Emmanuel Mudiayda koronavirus aşkarlandığı barədə xəbərlər yayılmışdı. Klub onlarda virusun olmadığını açıqlasa da, hər iki oyunçunun xəstələndiyini təsdiqləyib.
saytlarin hazirlanmasi