"Evdə qal" çağırışı edib, seks partisi keçirtdi - FOTOLAR

16:36 - 5 Aprel 2020

“Mançester Siti”nin futbolçusu Kayl Uolker koronavirusa görə elan edilmiş karantin qaydalarını pozub.

 

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi evinə 2 qız çağırıb. İngiltərə millisinin üzvü seks partisi üçün qızlara 2200 funt-sterlinq ödəyib.

 

Qızlardan biri - Luiza Maknamara futbolçunu tanıyıb. O, Uolkerlə 3 saat vaxt keçirdiklərini deyib.

 

Maraqlıdır ki, müdafiəçi seks partisindən bir gün sonra sosial şəbəkə hesabında insanları karantin qaydalarına riayət edib, evdə qalmağa çağırmışdı.

 

"Mançester Siti"nin Uolkeri cəzalandıracağı gözlənilir.

 

Xəbər xətti