14 mövsüm, 16 bombardir - "Qəbələ"nin statistikası

10:43 - 23 İyun 2020

Azərbaycan Premyer Liqasının 2019/20 mövsümündə “Qəbələ”nin 9 futbolçusu rəqib qapısına qol vurub.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar”ın ən yaxşı bombardiri qış fasiləsində komandadan ayrılan Davit Volkov olub. O, çempionatda 5 qol vurub. İki oyunçu – Nikolas Raysel və Rövlan Muradov isə hərəyə 4 dəfə fərqlənib.

 

Volkov ilk dəfə “Qəbələ”nin mövsüm üçün ən məhsuldar oyunçusu olub. Ümumiyyətlə, 2006/07 mövsümündən Premyer Liqada çıxış edən “qırmızı-qaralar”ın heyətində hər mövsüm fərqli futbolçu bombardir olub. İki mövsümdə bunu birdən artıq futbolçu bacarıb. 2011/12 və 2012/13 mövsümlərində komandanın iki oyunçusu eyni sayda qol vurub. Ümumilikdə, 16 futbolçu mövsümün bombardiri adına yiyələnib.

 

“Qəbələ”nin Premyer Liqada mövsümlər üzrə bombardirləri

 

2006/07. Vüsal Qarayev – 4

2007/08. Vitali Balamestnı - 8

2008/09. Farzad Hatəmi - 8

2009/10. Tomaş Stolpa - 7

2010/11. Deon Barton - 9

2011/12. Yannik Kamanan, Dodo - 9

2012/13. Lurival Rodriges, Viktor Mendi - 6

2013/14. Daniel Subotiç- 12

2014/15. Cavid Hüseynov - 11

2015/16. Aleksey Qay - 10

2016/17. Filip Ozobiç - 11

2017/18. Baqali Dabo - 13

2018/19. Ceyms Adeniyi - 10

2019/20. Davit Volkov - 5.

Xəbər xətti