"Amyen" və "Tuluza" aşağı liqaya göndərildi

17:49 - 23 İyun 2020

Koronavirusa görə vaxtından əvvəl başa çatdırılan Fransa I Liqasında son yerləri tutan "Amyen" və "Tuluza" klubları aşağı diviziona düşürülüb.

 

Sportal.az xəbər verir ki, bu barədə Liqa 1 rəhbərliyi qərar verib. Fransa dövlət şurası ötən həftə 2-ci liqaya göndərilməsinə qərar verilən “Tuluza” və “Amyen” klublarının elitada qalmasına qərar vermişdi. Lakin yarış rəhbərliyi növbəti mövsüm 22 komandalı çempionat təşkil edə bilmədiyi üçün qərarı qəbul etməyib.

 

Bu səbəbdən hər iki klub II Liqaya düşürülüb. Əvəzində isə "Lans" və "Loryan" klubları yüksək liqaya qalxıb.

 

Fransa çempionatının 2019/20 mövsümünün qalibi PSJ elan edilib.

Xəbər xətti