"Monako" 14 futbolçu ilə yollarını ayırdı

15:15 - 25 İyun 2020

Fransanın "Monako" klubu müqaviləsi başa çatan 14 futbolçu ilə yollarını ayırıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, Dieqo Benalyo, Musa Silla, Seydu Si, Kevin Appin, Ouen Maes, Teo Luis, Safvan Mbae, Xordi Qaspar, Nordin İburi, Pyer Nqiuinda və Yannis Nqakoutunun başa çatan sözləşməsi uzadılmayıb.

 

İcarəyə götürülən Time Bakayoko ("Çelsi"), Adryen Silva və İslam Slimani (hər ikisi "Lester Siti") də klubu tərk edib.

Xəbər xətti