Aybaba istefaya göndərildi

17:33 - 4 Yanvar 2021

"Kayserispor" baş məşqşisi Samet Aybaba ilə yolları ayırıb.

 

Sportal.az xəbər verir ki, son olaraq ölkə çempionatında "Beşiktaş"a 0:2 hesabı ilə uduzan klubun rəhbərliyi türk mütəxəssisi istefaya göndərməyə qərar verib.

 

"Kayserispor" Aybabanın rəhbərliyi altında meydana çıxdığı 9 matçda qələbə qazana bilməyib (5 məğlubiyyət, 4 heç-heçə). Komanda turni cədvəlində 10 xalla sonuncu pillədə qərarlaşıb.

Xəbər xətti