Məsut Özil "Fənərbaxça" ilə anlaşdı

14:29 - 6 Yanvar 2021

"Arsenal"ın futbolçusu Məsut Özil "Fənərbaxça" ilə anlaşıb.

 

Sportal.az xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb. Xəbərdə 32 yaşlı yarımmüdafiəçinin İstanbul klubu ilə 3,5 illik razılığa gəldiyi vurğulanıb.

 

Mövsümün sonuna qədər ulduz futbolçunun maaşını "Arsenal" ödəyəcək. Özil Türkiyə təmsilçisindən yeni mövsümlə birlikdə 2,5 milyon avro imza pulu alacaq. Onun "sarı-lacıvərdlilər"də illik maaşı 5 milyon avro olacaq.

 

Transferin tezliklə rəsmiləşəcəyi gözlənilir.

 

Almaniya millisinin keçmiş üzvü 2013-cü ildə "Arsenal"a Madrid "Real"ından keçib. 

Xəbər xətti