Xorxe Sampaoli Fransa klubunda

00:56 - 5 Fevral 2021

Fransanın "Marsel" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, komandanı bundan sonra argentinalı mütəxəssis Xorxe Sampaoli çalışdıracaq. Tərəflər arasında danışıqlar müsbət yekunlaşıb.

 

O, bu vəzifədə Andre Villaş-Boaşı əvəzləyib. "Marsel"in bu təyinatı tezliklə açıqlayacağı gözlənilir.

 

Argentina və Çili yığmalarının keçmiş baş məşqçisi "Santor" və "Sevilya"nı da çalışdırıb. Onun son iş yeri Braziliyanın “Atletiko Mineyro” klubu olub.

 

Xəbər xətti