PSJ-də Neymar şoku

11:00 - 12 Fevral 2021

Fransa kubokunun 1/32 finalında "Kan"ı 1:0 hesabı ilə məğlub etdikləri oyunda zədələnən PSJ-nin futbolçusu Neymarın durumuna aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı hücumçu ən azı 4 həftə yaşıl meydanlardan kənar qalacaq.

 

Braziliyalı futbolçu fevralın 16-da İspaniyanın “Barselona” klubu ilə baş tutacaq Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununu buraxacaq. Onun martın 10-da keçiriləcək cavab görüşünə yetişəcəyi sual altındadır.

Xəbər xətti