Poçettino Mbappe ilə dialoqundan danışdı

11:11 - 17 Fevral 2021

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə "Barselona"nı 4:1 hesabı ilə məğlub edən PSJ-nin baş məşqçisi Maurisio Poçettino açıqlama verib.

 

Sportal.az xəbər verir ki, argentinalı mütəxəssis qələbəni şərh edib:

 

"Barselona" püşkdə münasib rəqib deyildi və bunu başa düşürdük. Ancaq hamımız daha yaxşısını edəcəyimizi bilirik. 40 gündür komandadayam və oyunumuzu hələ tapmamışıq. Mükəmməl oynadıq və 3 həftə sonra yenə çox böyük matç keçirəcəyimizi anlayırıq. "Barselona"ya hörmət edirik. Onlar möhtəşəm futbolçulara sahib olan komandadır. Bu cür nəticələri dəyişə bilərlər. Ən yüksək hörmətlə ikinci matça hazırlaşacağıq".

 

48 yaşlı mütəxəssis matçda het-trik edən Kilian Mbappe barədə danışıb:

 

"Oyundan öncə Kilian məndən "Kamp Nou"da neçə dəfə qalib gəldiyimi soruşdu. Ona 1 dəfə qalib gəldiyimi dedim. Mbappe də bildirdi ki, sabah 2-ci qələbəni yaşayacaqsan və belə də oldu. Yaşı az olsa da, Mbappe dünyanın ən yaxşı oyunçularından biridir".

Xəbər xətti