Fransanın "Marsel" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, komandanı bundan sonra Xorxe Sampaoli çalışdıracaq. Argentinalı mütəxəssislə 2023-cü ilin iyunun 30-dək müqavilə imzalanıb.
O, bu vəzifədə Andre Villaş-Boaşı əvəzləyib.
Argentina və Çili yığmalarının keçmiş baş məşqçisi "Santos" və "Sevilya"nı da çalışdırıb. Onun son iş yeri Braziliyanın “Atletiko Mineyro” klubu olub.
saytlarin hazirlanmasi