Gündoğan yenə ayın futbolçusu seçildi

15:47 - 12 Mart 2021

“Mançester Siti”nin futbolçusu İlkay Gündoğan İngiltərə Premyer Liqasında fevralın ən yaxşı oyunçusu seçilib.

 

Sportal.az xəbər verir ki, Türkiyə əsilli almaniyalı yarımmüdafiəçi azarkeşlər arasında keçirilən sorğuda qalib olub.

 

30 yaşlı futbolçu yanvarda da çempionatın ən yaxşı futbolçusu seçilmişdi. Gündoğan ötən ay Premyer Liqada meydana çıxdığı 6 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmənin müəllifi olub.

Xəbər xətti