PSJ futbolçusu Anxel Di Mariyanın müqaviləsini uzadıb.
Sportal.az klubun saytına istinadla xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin mövsümün sonunda başa çatacaq müqaviləsi 1+1 illik şərti ilə yenilənib.
Argentinalı futbolçu 2015-ci ildən Paris təmsilçisində çıxış edir. O, bu mövsüm keçirdiyi 27 oyunda 5 qol vurub, 12 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi