Portuqaliya millisi DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycan yığması ilə oyununa ciddi itki ilə çıxa bilər.
Sportal.az xəbər verir ki, "Lill" klubunda çıxış edən Renatu Sançeş zədələnib. 23 yaşlı yarımmüdafiəçi Fransa kubokunun 1/8 final mərhələsinin PSJ ilə matçından (0:3) öncəki məşqdə sol ayağından zədələnib. Onun millinin toplanışına qatılıb-qatılmayacağı bəlli deyil.
Martın 24-də İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda oynanılacaq Portuqaliya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
saytlarin hazirlanmasi