Neymar cəzalandırıldı

14:46 - 8 Aprel 2021

PSJ-nin futbolçusu Neymar cəzalanıb.

 

Sportal.az xəbər verir ki, Liqa 1-in 31-ci turunda "Lill"lə matçda qırmızı vərəqə alan braziliyalı hücumçu 2 oyunluq diskvalifikasiya olunub.

 

29 yaşlı futbolçu məğlub olduqları görüşün (0:1) 90-cı dəqiqəsində qonaq komandanın müdafiəçisi Tyaqu Caloya qarşı kobudluqdan sonra ikinci sarı vərəqə görərək, meydandan qovulub. Bu zaman oyunçular arasında mübahisə düşüb. Neymar final fitindən sonra meydanın kənarında rəqibin qarşısını kəsib və onu itələyib.

Xəbər xətti