Burak Yılmaz dubl etdi, "Lill" liderliyini möhkəmləndirdi - VİDEO

01:01 - 8 May 2021

Fransa I Liqasında 36-cı tura start verilib.

 

Sportal.az xəbər verir ki, lider "Lill" səfərdə "Lans"a 3:0 hesabı ilə qalib gəlib.

 

"Çoban itləri" bu qələbədən sonra xallarının sayını 76-ya çatdırıb və ilk pillədəki mövqeyini möhkəmləndirib. PSJ 75 xalla 2-ci, "Monako" 71 xalla 3-cüdür. 56 xalı olan "Lans" 6-cıdır.

 

"Lans" - "Lill" - 0:3

Qollar: Burak Yılmaz, 4 (pen.), 40, Conatan David, 60

 

Xəbər xətti