"Lill"in hücumçusu Burak Yılmaz Liqa 1-də mövsüm futbolçusu seçilə bilər.
Sportal.az xəbər verir ki, 35 yaşlı hücumçu "Kanal+"in təşkil etdiyi səsvermədə namizədlər sırasındadır. O, PSJ-dən Neymar və Kilian Mbappe, "Lion"dan Memfis Depay və "Monako"dan Uissam ben Yedderlə mübarizə aparır.
Burak bu mövsüm Liqa 1-də 26 matçda 15 qol vurub və 5 qolun ötürməsini verib.
saytlarin hazirlanmasi