Bu gün Avropa Liqasında final oyunu keçirilib.
Sportal.az xəbər verir ki, həlledici matçda İspaniya "Vilyarreal"ı İngiltərənin "Mançester Yunayted" klubu ilə üz-üzə gəlib. Polşanın Qdansk şəhərində keçiriləcən görüşün əsas və əlavə vaxtında qalib müəyyənləşməyib - 1:1.
Penaltilər seriyasında isə "Vilyarreal" üstün olub - 11:10. Bu, "sarı sualtı qayığ"ın ilk belə uğuru olub. Komandanın baş məşqçisi Unay Emeri isə Avropa Liqasında 5-ci finalında 4-cü çempionluğunu qazanıb.
Avropa Liqası, final
26 may
23:00. "Vilyarreal" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 1:1
Pen: 11:10
Baş hakim: Kleman Türpen (Fransa)
Polşa, Qdansk stadionu.