“Sabah”ın düşərgəyə Rusiyadan İldar Ələkbərovu dəvət etməsi barədə ilk olaraq xəbər vermişdik.
Sportal.az saytına daxil olan məlumata görə, ötən mövsümü Rusiya birinci divizionunda “Nefteximik” klubunda keçirmiş forvard böyük ehtimalla “Sabah”da qalacaq.
Gürcüstanda keçirilən təlim-məşq toplanışında iştirak edən 20 yaşlı hücumçu məşqçilər korpusunun etimadını qazana bilib. Komanda ilə birlikdə Bakıya gələn forvardla müqavilə imzalanacağı gözlənilir. Forvard yeni mövsümdən məhz Azərbaycan Premyer Liqasında oynayacaq. Pskov şəhərində dünyaya gələn Ələkbərov “Pskov-47”, “Stroqino” komandalarında oynayıb.
saytlarin hazirlanmasi