Avqustun 2-də Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Sportal.az xəbər verir ki, Azərbaycanı UEFA bayrağı altında keçirilən turnirlərdə 2 komanda - "Qarabağ" və "Neftçi" təmsil edir.
Çempionlar Liqasının püşkü Bakı vaxtı ilə 14:00-da başlayacaq. Bu turnirdə Azərbaycan təmsilçisi mübarizə aparmır.
Avropa Liqasının pley-off mərhələsinin püşkü isə Bakı vaxtı ilə 15:00-da atılacaq. "Neftçi" Avropa Liqasının III təsnifat mərhələsində Finlandiyanın HİK klubu ilə qarşılaşacaq. "Ağ-qaralar" bu mübarizədən qalib ayrılsa, pley-offda çıxış edəcək. UEFA-nın qərarına əsasən, bu mərhələdə eyni ölkələrin komandaları bir-biri ilə qarşılaşa bilərlər. "Neftçi" - HİK cütü püşkdə 3-cü səbətdə yer alacaq.
Əgər paytaxt təmsilçisi HİK səddini keçə bilməsə, mübarizəni Konfrans Liqasında daavm etdirməli olacaq. "Neftçi"nin bu turnirin pley-off mərhələsində potensial rəqibləri artıq məlumdur. "Neftçi" - HİK cütünün məğlubu çempionlar yolunda səpələnmişlər siyahısında yer alacaq və aşağıda qeyd olunan cütlüklərdən birinin qalibi ilə qarşılaşacaq
“Makkabi” (Hayfa, İsrail) – "HB Torşavn" (Farer adaları)
“Linfild” (Şimali İrlandiya – “Fola” (Lüksemburq)
“Şemrok Rovers” (İrlandiya) – “Teuta” (Albaniya)
“Riqa” (Latviya) – “Hibernians” (Malta)
“Priştina” (Kosovo) – “Bodo Qlimt” (Norveç).
Konfrans Liqasının pley-off mərhələsinin püşkü isə Bakı vaxtı ilə 16:00-da atılacaq. Konfrans Liqasında mərhələ adlayan ilk Azərbaycan klubu olan "Qarabağ" III təsnifat mərhələsində Kipr AEL-i ilə üz-üzə gələcək. Ağdam təmsilçisi bu mübarizədən qalib ayrılsa, pley-offa yüksələcək. Komandanın pley-offdakı potensial rəqibləri bəllidir. Bu cütün qalibi növbəti raundda bu komandalardan biri ilə qarşılaşacaq:
ÇSKA (Sofiya, Bolqarıstan) - "Osiyek" (Xorvatiya)
"Pasuş de Fereyra" (Portuqaliya) - "Larn" (Şimali İrlandiya)
"Breydablik" (İslandiya) - "Aberdin" (Şotlandiya)
"Çukariçki" (Serbiya) - "Hammarbü" (İsveç).
saytlarin hazirlanmasi