"Ukrayna çempionatında "Minay"ın heyətində debüt etdim. Əlbəttə ki, qələbə qazamaq hər zaman xoşdu. Oyunun da bizim üçün yaxşı keçdiyini söyləmək olar".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Minay"ın əslən azərbaycanlı olan futbolçusu Eldar Quliyev deyib.
"Maripol"dan ayrıldıqdan sonra bir neçə gün əvvəl "Minay"la müqavilə imzalayan həmyerlimiz komandanın əsas heyətində özünə yer edə bilib. Quliyev yeni klubundakı məqsədlərindən söz açıb.
Bununla yanaşı gələcəkdə Azərbaycan millisində oynamaq istəməsindən danışıb:
"Maripol"dan gedişimin səbəbi? Təklif məni razı salmadı. "Minay"a baxışa yollandım və bəyənildim. Komanda ilə müqavilə imzaladım. Əsas oyunçulardan olmaq istəyirəm. Necə alınacağını zaman göstərəcək.
Azərbaycan millisinə dəvət almaq? Necə olacağını bilmirəm, həyat göstərər. Milli komandaya dəvət alıb-almamaq özümdən asılıdı”.