"Fənərbaxça" "Lion"dan 10 milyon tələb etdi

18:18 - 1 Avqust 2021

"Fənərbaxça"nın futbolçusu Dmitri Pelkas komandadan ayrıla bilər.

 

Sportal.az xəbər verir ki, Yunanıstan millisinin üzvünü Fransanın "Lion" klubu transfer etmək istəyir. Məlumata görə, "aslanlar" bu keçid üçün 7 milyon avrosundan keçməyə hazırdır. Lakin "sarı-lacıvərdlilər" hücumameyilli yarımmüdafiəçi üçün 10 milyon avro təzminat tələb edir.

 

"Fənərbaxça" 27 yaşlı futbolçunu 2020-ci ildə PAOK-dan 1,9 milyon avroya transfer edib.

Xəbər xətti