"Zenit" italiyalı hücumçu üçün 30 milyon təklif etdi

14:47 - 1 Avqust 2021

"Zenit" hücum xəttini gücləndirmək üçün hərəkətə keçib.

 

Sportal.az xəbər verir ki, Rusiya çempionu "Torino"nun futbolçusu Andrea Belottini heyətinə qatmaq istəyir. Sankt-Peterburq təmsilçisi İtaliya millisinin üzvü üçün Turin klubuna 30 milyon avro təklif edib. Tərəflərin tezliklə razılığa gələcəyi gözlənilir.

 

İtaliya millisi ilə Avropa çempionu olan 27 yaşlı hücumçu 2015-ci ildə "Palermo"dan "Torino"ya keçib.

Xəbər xətti