"Klubumda yaxşı oynasam, milliyə dəvət almaq şansım olacaq" - MÜSAHİBƏ

15:12 - 1 Avqust 2021

Litva millisinin üzvü, “Səbail”in yeni transferi Domantas Şimkus Sportal.az saytına müsahibə verib:

 

- “Səbail”ə keçidin necə baş tutdu? Klub özü sənə təklif göndərdi?
- Komandanın baş məşqçisi mənə çox maraq və diqqə göstərdi. Əslində başqa təkliflərim də var udiidi. Amma mən “Səbail”i seçdim.

 

- Müqavilədən əvvəl necə, heç bu komanda haqda məlumatın var idi?
- Əlbəttə, məlumatım var idi. Çünki dostlarım arasında əvvəllər Azərbaycanda oynamışlar da olub. Hətta “Səbail”in formasını geyinmiş dostlarım da var. Təəssüratım isə ən yaxşı haldadı.

 

- Maraqlıdı, Azərbaycan çempionatı barədə düçüncələrin necədi?
- Azərbaycan çempionatının güclü olduğunu bilirəm. Avrokuboklarda oynayan az komandalarınız yoxdu. 

 

- Yeni komandada məqsədin nədən ibarətdi? Bu komandaya “Qarabağ” və “Neftçi” kimi komandalara keçmək üçün trapmlin kimi baxırsan, yoxsa heç bu haqda düşünməmisən?
- Əslində ilk məqsədim “Səbail”in əsas heyətinə düşməkdi. Həm də komandanın məqsədlərinə çatmasında kömək olmaq istəyirəm. Daha sonra necə gələcəyə baxarıq.

 

- Azərbaycan çempionatında oynayaraq Litva millisinə cəlb olunmağı bacaracaqsan?
- Klubumda yaxşı oynasam, əlbəttə ki, Litva millisinə dəvət almaq şansım olacaq.

 

- Azərbaycan çempionatında çıxış etmiş hansı litvalıları tanıyırsan?
- Azərbaycanda oynamış litvalı futbolçular az olmayıb. Bilirəm ki, Robertas Poşkus, Paulis Paknis, Mindauqas Kalonas, Edvinas Girdvaynis əvvəllər Azərbaycan çempionatında çıxış edib. 

Xəbər xətti