"Neftçi"nin Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Samir Abasovun komandası HİK (Finlandiya) səddini keçsə, "Fənərbaxça" ilə qarşılaşacaq.
Qeyd edək ki, bu mərhələnin oyunları 19-26 avqust tarixlərində keçiriləcək.
****
Bu gün UEFA AVropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Sportal.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən "Neftçi" klubunun da potensial rəqibi müəyyənləşəcək. Püşlatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
1-ci səbət
Pley-off mərhələsində mübarizəyə başlayanlar
“AZ Alkmar” (Niderland)
“Fənərbağça” (Türkiyə)
“Zarya” (Ukrayna)
“Antverpen” (Belçika)
“Şturm” (Avstriya)
“Randers” (Danimarka)
2-ci səbət
Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi, Çempionlar yolu
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Legiya” (Varşava, Polşa) cütünün məğlubu
ÇFR (Rumıniya) – “Yanq Boyz” (İsveçrə) cütünün məğlubu
“Olimpiakos” (Yunanıstan) – “Lüdoqorets” (Bolqarıstan) cütünün məğlubu
“Srvena Zvezda” (Serbiya) – “Şerif” (Moldova) cütünün məğlubu
“Malmö” (İsveç) – “Reyncers” (Şotlandiya) cütünün məğlubu
“Ferentsvaroş” (Macarıstan) – “Slaviya” (Çexiya) cütünün məğlubu
3-cü səbət
Avropa Liqası, 3-cü təsnifat mərhələsi, Çempionlar yolu
“Omoniya” (Kipr) – “Flora” (Estoniya) cütünün qalibi
“Mura” (Sloveniya) – “Jalgiris” (Vilnüs, Litva) cütünün qalibi
“Kayrat” (Qazaxıstan) – “Alaşkert” (Ermənistan) cütünün qalibi
“Linkoln” (Cəbəllütariq) – “Slovan” (Slovakiya) cütünün qalibi
“Neftçi” (Azərbaycan) – HİK (Finlandiya) cütünün qalibi
4-cü səbət
Avropa Liqası, 3-cütəsnifat mərhələsi, Əsas yol
“Yablonets” (Çexiya) – “Seltik” (Şotlandiya)
“Rapid” (Avstriya) – “Anartosis” (Kipr)
“Qalatasaray” (Türkiyə) – “Sent Conston” (Şotlandiya)