UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Sportal.az xəbər verir ki, təmsilçilərimiz "Qarabağ" və "Neftçi"nin də rəqibləri müəyyənləşib.
"Qarabağ" Kiprin AEL klubunu mübarizədən kənarlaşdıra bilsə, "Breydablik" (İslandiya) - "Aberden" (Şotlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
"Neftçi" isə Avropa Liqasında Finlandiya HİK-nə məğlub olsa, Konfrans Liqasının pley-off-unda "Makkabi" (Hayfa, İsrail) – "HB Torşavn" (Farer adaları) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 19 və 26-da keçiriləcək.
****
Bu gün Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Sportal.az xəbər verir ki, Bakı vaxtı ilə 16:00-da başlayacaq püşkatma mərasimində "Qarabağ" və "Neftçi"nin potensial rəqubləri müəyyənləşəcək.
Ağdam təmsilçisi III təsnifat mərhələsində Kipr AEL-ini mübarizədən kənarlaşdıra bilsə, aşağıdakı cütlərdən birinin qalibi ilə üz-üzə gələcək.
Konfrans Liqası
Pley-off mərhələsinin püşkü
ÇSKA (Sofiya, Bolqarıstan) - "Osiyek" (Xorvatiya)
"Pasuş de Fereyra" (Portuqaliya) - "Larn" (Şimali İrlandiya)
"Breydablik" (İslandiya) - "Aberdin" (Şotlandiya)
"Çukariçki" (Serbiya) - "Hammarbü" (İsveç)
"Neftçi" isə Avropa Liqasının III təsnifat mərhələsində Finlandiya HİK-i ilə görüşlərdən sonra mübarizəni dayandırsa, aşağıda qeyd olunan cütlüklərdən birinin qalibi ilə qarşılaşacaq:
“Makkabi” (Hayfa, İsrail) – "HB Torşavn" (Farer adaları)
“Linfild” (Şimali İrlandiya) – “Fola” (Lüksemburq)
“Şemrok Rovers” (İrlandiya) – “Teuta” (Albaniya)
“Riqa” (Latviya) – “Hibernians” (Malta)
“Priştina” (Kosovo) – “Bodo Qlimt” (Norveç)
Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 19-da və 26-da gerçəkləşəcək.
saytlarin hazirlanmasi