"Neftçi"nin heyətində "Helsinki"ni ən yaxşı tanıyan kimdi? - FOTO

13:33 - 2 Avqust 2021

Sabah Avropa Liqasının üçüncü təsnifat mərhələsində son ölkə çempionu “Neftçi” Finlandiya təmsilçisi “Helsinki” ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, “flaqman” Finlandiya çempionu ilə ilk dəfə qarşılaşsa da, komandanın heyətində skandinaviyalılara qarşı oynamış futbolçu da var. Belə ki, hazırda “Neftçi” aparıcı futbolçusuna çevrilmiş Voyislav Stankoviç vaxtilə “Helsinki”yə qarşı forma geyinib.

 

Stankoviçin o vaxtki komandası “Partizan” Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Pyünik” səddini keçdikdən sonra, üçüncü mərhələdə “Helsinki” ilə qarşılaşmışdı. Belqrad klubu evdə 3:0, səfərdə 2:1 qalib gələrək pley-off mərhələsinə yüksəlmişdi.

 

“Neftçi”nin müdafiəçisi evdəki görüşdə 73-cü, səfərdəki matçda isə 82-ci dəqiqədə Mladen Krstayiçin əvəzinə meydana daxil olmuşdu. Bu dəfə isə Stankoviç "Neftçi"nin heyətində "Helsinki"yə qarşı oynayacaq. 

 

 

Xəbər xətti