“Beerşot”dan ayrıldıqdan sonra klubsuz qalan Loris Broqno Sportal.az saytına açıqlama verib. Belçikalı futbolçu Azərbaycan klublarından təklif aldığını etiraf etsə də, hansı klubumuza keçəcəyini deməyib.
“Zirə”yə keçəcəyi gözlənilən 28 yaşlı vinger yaxın günlərdə yeni klubunun adına aydınlıq gələcəyini deyib:
“Zirə”? Doğrudur, Azərbaycan klublarından təklif almşam. Amma hansı klubdur, bunu deyə bilmərəm. Ad çəkməyim doğru olmaz. Başqa heç nə deyə bilməyəcəm. Yaxın günlərdə özünüz hər şeyi görəcəksiniz”.
Xatırladaq ki, belçikalı “Şarlerua”, “Leuven”, “Lommel Yunayted”, “Mons”, “Sparta”(Rotterdam) klublarında oynayıb.
saytlarin hazirlanmasi