Finlandiyanın HİK klubunun Avropa Liqasının 3-cü mərhələsində “Neftçi”yə qarşı keçiriləcək iki oyun üçün heyəti məlum olub.
Sportal.az xəbər verir ki xəbər verir ki, heyətdə 22 futbolçu yer alıb. Onlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 5-i yarımmüdafiəçi, 6-sı hücumçudur.
Qapıçı: Yakob Tonnander (İsveç), Huqo Keto, Matias Niemela;
Müdafiəçilər: Yanne Saksela, Markus Halsti, Deniel Oşonessi, Luis Murilyo (Kolumbiya), Miro Tenho, Valtteri Moren, Dilan Marneyn (İtaliya), Kevin-Kuassivi Benisson;
Yarımmüdafiəçilər: Jair (Braziliya), Lukas Linqman, Sebastyan Dalström, Tim Sparv, Devid Braun (Papua Yeni Qvineya);
Hücumçular: Luis Enrike (İtaliya), Riku Riski, Roope Riski, Filip Valençiç (Sloveniya), Entoni Olusanya, Atomu Tanaka (Yaponiya).
“Neftçi” HİK-lə ilk matçını sabah Bakıda keçirəcək. Komandalar arasındakı cavab oyunu avqustun 12-də Finlandiyada olacaq.
saytlarin hazirlanmasi