"Qarabağ"ın səfər proqramı açıqlandı

Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda AEL-in qonağı olacaq "Qarabağ" bu gün Kiprə yollanacaq.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisini Larnaka şəhərinə aparacaq təyyarə saat 18:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

 

Baş məşqçi Qurban Qurbanov avqustun 4-ü yerli vaxt ilə 19:45-də (Bakı vaxtı ilə 20:45) mətbuat konfransında iştirak edəcək. Son məşq isə yerli vaxt ilə 20:00-da (Bakı vaxtı ilə 21:00) matçın oynanılacağı “AEK Arena” stadionunda baş tutacaq.

 

AEL - "Qarabağ" matçı avqustun 5-də "AEK Arena" stadionunda Bakı vaxtı ilə 21:00-da keçiriləcək.

Tarix: 3 Avqust [12:41]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23  Sentyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio