"Neftçi"nin sabiq forvardı Vadim Vasilyev Sportal.az saytına açıqlama verib.
Veteran futbolçu "ağ-qaralar"ın Avropa Liqasının üçüncü təsnifat mərhələsindəki şanslarını dəyərləndirib. Vasilyevin fikrincə, "Neftçi" "Helsin"ki səddini keçməyə borcludu. Bununla yanaşı o, "Olimpiakos"la matçdakı uğursuzluğa da toxunub:
"Neftçi"yə "Helsinki" matçında uğurlar arzulayıram. Əslində "Neftçi" "Helsinki" səddini keçməlidi.
Doğrudur, Çempionlar Liqasında qarşılaşdıqları "Olimpiakos"un təcrübəsi böyük idi. İlk oyundan sonra yunanlar bildi necə oynamaq lazımdı, nə etmək lazımdı. Amma "Helsinki" bizdən yaxşı deyil axı. Finlandiyalıları keçmək olar. Keçmək olar yox, 100 faiz keçməlidilər.
Oyunıla bağlı proqnozum? Proqnoz nə olacaq, istənilən halda "Neftçi" mərhələni keçəcək. Mən Samir Abasova hər hansı məsləhət verə bilmərəm. Sadəcə futbolçular "ramka"nı görməlidi, topu yuxarı vurmaq lazım deyil. "Olimpiakos" görüşdə nə qədər zərbə qapının üstündən getdi? Qapıya düşmək lazımdı. “Ramka”ya düşsələr, tamam başqa olacaqdı. Ümidvarıq ki, "Neftçi" "Helsinki" səddini keçəcək".
saytlarin hazirlanmasi