Amil Yunanov: "Rəqib hər iki görüşdə bizdən üstün oynadı"

15:26 - 3 Avqust 2021

"Özümüzə gəlməkdən başqa çarə yoxdu. Çünki bizi qarşıda uzun bir marafon gözləyir. Çempionata yaxşı hazırlaşmalıyıq".

 

Bu sözləri Sportal.az-a açıqlamasında "Keşlə"nin hücumçusu Amil Yunanov deyib.

 

28 yaşlı futbolçu Avropa Konfrans Liqasında "Soçi"yə qarşı keçirdikləri oyunlar haqda danışıb. O, Rusiya təmsilçisinin daha üstün oynadığını bildirib:

 

"Rəqib hər iki görüşdə bizdən üstün oynadı. Ustalıq səviyyəsi öz sözünü dedi. Biz də hər iki oyunda çalışdıq ki, əlimizdən gələni edək. Alınmadı. Qabağa baxmaq lazımdı. Var gücümüzlə çempionata hazırlaşacağıq. Çalışacağıq ki, hər oyunda maksimum nəticə qazanaq. Hansı nəticəyə imza atacağımızı zaman göstərəcək".

Xəbər xətti